Albanın “İnter Mayami”yə keçidi rəsmiləşir
“Barselona”nın sabiq müdafiəçisi Xordi Alba “İnter Mayami”yə keçəcək. Onun transferinin günü dəqiqləşib.
Futbolçu iyulun 7-də klubla müqavilə imzalayacaq. Alba burada sabiq komanda yoldaşları Lionel Messi və Serxio Busketslə birlikdə çıxış edəcək.