Alba və Busketsdən vida
“İnter Mayami”nin futbolçuları Jordi Alba və Serxio Buskets peşəkar karyeralarını başa vurublar. Bu, “İnter Mayami”nin MLS 2025 Kubokunun pley-offunun final matçında “Vankuver Uaytkeps”ı 3:1 hesabı ilə məğlub edərək Şimali Amerika Liqası titulunu qazanmasından sonra baş verib.
İspaniyalı futbolçular son klub matçını keçiriblər. 37 yaşlı Buskets 2025-ci ilin sentyabrında, 36 yaşlı Alba isə bir az sonra, bu ilin oktyabrında karyerasını başa vuracağını açıqlayıb. Hər iki oyunçu 2025-ci il mövsümündən sonra futboldan getmək niyyətində idilər.










