Alaba Avstriya tarixinə düşdü
Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin “Çelsi” ilə ilk oyunu “Real”ın müdafiəçisi David Alaba üçün əlamətdar olub. Ulduz futbolçu ÇL-də yubiley matçına çıxıb.
Komandasının səfərdə 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada iştirak edən Alaba ən nüfuzlu klub turnirində 100-cü oyununu keçirib. 30 yaşlı müdafiəçi Çempionlar Liqasında 100 oyun həddinə çatan ilk avstriyalı kimi tarixə düşüb.
Qeyd edək ki, David Alaba meydana çıxdığı görüşlərin 70-də qələbəyə sevinib. O, ilk 100 qarşılaşmasında ən çox qələbə qazanan oyunçudur.