Aksel Vitsel La Liqada qaldı
Aksel Vitselin yeni iş yeri bəlli olub. Futbolçu İspaniyada qalacaq.
36 yaşlı müdafiəçi karyerasını “Jirona”da davam etdirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Aksel ötən mövsüm “Atletiko”nun heyətində iştirak etdiyi 22 rəsmi matçda 1 qol və 1 assistlə yadda qalıb.












