Akenin durumuna aydınlıq gəldi

Akenin durumuna aydınlıq gəldi

“Mançester Siti”nin futbolçusu Natan Akenin durumuna aydınlıq gəlib. Bunu baş məşqçi Pep Qvardiola açıqlayıb.

İspaniyalı mütəxəssis bildirib ki, müdafiəçi yalnız mövsümün sonunda meydanlara qayıda biləcək. 30 yaşlı futbolçu əməliyyat olunub. Onun 10-11 həftədən sonra oynamağa hazır olacağı gözlənilir.

Qeyd edək ki, niderlandlı İngiltərə kubokunun 5-ci mərhələsinin “Plimut”la qarşılaşmasında (3:1) zədələndiyi üçün əvəzlənmişdi.

ETOPAZ

Əvvəlki yazı

Ayın futbolçusu bəlli oldu

Növbəti yazı

Arda və Endrik Almaniya yolunda