Ake “Barselona”nın hədəfində

Ake “Barselona”nın hədəfində

“Mançester Siti”nin niderlandlı müdafiəçisi Natan Ake komandanı tərk etməyə yaxındır. O, karyerasını İspaniyada davam etdirə bilər.

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik müdafiə xəttini gücləndirmək məqsədilə “Siti”nin futbolçusunu transfer siyahısına daxil edib. 

Akenin özü də karyerasını “Kamp Nou”da davam etdirməyə müsbət yanaşır.

Lakin tərəflər arasında maliyyə və müqavilə şərtləri ilə bağlı fikir ayrılığı mövcuddur. Belə ki, “Mançester Siti” niderlandlı müdafiəçini tam transfer yolu ilə satmaq niyyətindədir. “Barselona” isə futbolçunu satınalma hüququ ilə icarəyə götürmək variantını nəzərdən keçirir.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 29.12.2025

Növbəti yazı

Sinenkadan rekord, Məhəmmədəliyevdən davam