Ake əməliyyat olundu
“Mançester Siti”nin üzvü Natan Ake əməliyyat olunub. Bu barədə futbolçu sosial media hesabından məlumat yayıb.
Oyunçunun 2 ay meydanlardan uzaq qalacağı gözlənilir.
Xatırladaq ki, Niderland millisinin üzvü İngiltərə Kubokunun 1/8 final mərhələsində “Plimut”la matçın (3:1) ilk hissəsində zədələnmişdi.