Akanji mövsümü erkən bitirdi

Akanji mövsümü erkən bitirdi

“Mançester Siti”nin müdafiəçisi Manuel Akanji mövsümün qalan hissəsini buraxa bilər. 29 yaşlı futbolçu Çempionlar Liqasında “Real”la (2:3) keçirilən ilk oyunda zədələnib.

Akanji qarşılaşmanın fasiləsində əvəzlənib. Onun müalicəsi üçün bir neçə ay tələb olunduğundan mövsümün sonuna kimi meydana çıxa bilməmək təhlükəsi ilə üzləşib.

Qeyd edək ki, İsveçrə yığmasının futbolçusu bu mövsümdə 30 oyunda meydana çıxıb. 

ETOPAZ

Əvvəlki yazı

Girassi ən yaxşı adına layiq görüldü

Növbəti yazı

“Fənərbaxça”dan inamlı qələbə, “Qalatasaray” məğlub oldu