Afrikada ilin baş məşqçisi bəlli oldu
Afrikada ilin baş məşqçisi bəlli olub. Bu ada Mərakeş millisinin çalışdırıcısı Valid Reqraqi layiq görülüb.
O, bu mükafatı Qətərdə keçirilən dünya çempionatında yığmanın uğurlu çıxışına görə alıb. Reqraqi 2022-ci ilin yayından Mərakeş millisinə rəhbərlik edir.
Qeyd edək ki, komanda DÇ-2022-ni 4-cü pillədə başa vurub.