Afrika Millətlər Kubokunun ən bahalı oyunçuları
Afrika Millətlər Kubokunun ən bahalı futbolçuları açıqlanıb. Bu gün start götürəcək yarışın rekordçusu Nigeriya millisinin üzvü Viktor Osimhendir.
Onun qiyməti 110 milyon avrodur. İkinci yeri bölüşən Əşrəf Hakimi və Məhəmməd Salahın transfer qiyməti 65 milyondur.
Siyahıda transfer qiyməti 35 milyon avro və daha çox olan 14 futbolçu yer alıb. Seneqal, Mərakeş, Fil Dişi Sahili və Kamerunun iki oyunçusu cədvələ daxil edilib. Nigeriya, Əlcəzair, Burkina-Faso, Misir, Qana və Qvineyadan bir futbolçu “14-lüy”ə düşüb.
1. Viktor Osimhen (Nigeriya) – 110 milyon avro
2-3. Əşrəf Hakimi (Mərakeş) – 65 milyon avro
Məhəmməd Salah (Misir) – 65 milyon avro
4. Məhəmməd Kudus (Qana) – 45 milyon avro
5-8. Usman Diomande (Fil Dişi Sahili) – 40 milyon avro
Edman Tapsoba (Burkina-Faso) – 40 milyon avro
Andre Onana (Kamerun) – 40 milyon avro
Seru Qirassi (Qvineya) – 40 milyon avro
9. Naif Aqer (Mərakeş) – 38 milyon avro
10-14. Pape Sarr (Seneqal) – 35 milyon avro
Nikolas Cekson (Seneqal) – 35 milyon avro
Odilon Kossunu (Fil Dişi Sahili) – 35 milyon avro
İsmael Bennaser (Əlcəzair) – 35 milyon avro
Andre Zambo Anqissa (Kamerun) – 35 milyon avro