Afrika Millətlər Kuboku təxirə salındı
2023-cü ilin yayında Fil Dişi Sahilidə keçirilməli olan Afrika Millətlər Kuboku təxirə salınıb. Bunu Afrika Futbol Konfederasiyasının prezidenti Patris Motsepe açıqlayıb.
Turnir 2024-cü ilin yanvar-fevral aylarında baş tutacaq. Qurum başçısı bu dəyişikliyi iqlimlə əlaqələndirib.
O, yeni yaradılan Afrika Super Liqasının ilk mövsümünün isə gələn ilin avqustunda keçiriləcəyini bildirib. Turnirdə FIFA reytinqinə əsasən seçiləcək 24 komanda iştirak edəcək. Bu komandalar 3 regional qrupa bölünəcək və oradan 16 klub pley-offa yüksələcək.