AFFA və UFA arasında U20 dünya çempionatına hazırlıq müzakirə olundu

AFFA və UFA arasında U20 dünya çempionatına hazırlıq müzakirə olundu

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf DÇ-2026-nın püşkatma mərasimində iştirak üçün ABŞ-nin paytaxtı Vaşinqtonda səfərdə olan zaman Özbəkistan Futbol Assosiasiyasının (UFA) vitse-prezidenti Ravşan İrmatovla görüşüb.

Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək 20 yaşadək futbolçular arasında dünya çempionatının təşkili və keçirilməsi ilə bağlı müxtəlif məsələlər, eləcə də assosiasiyalar arasında müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsi müzakirə olunub.

ETOPAZ

Əvvəlki yazı

Zirədə qollu bərabərlik

Növbəti yazı

“Arsenal”da ciddi itki