AFFA rəsmisi ÇL matçında

AFFA rəsmisi ÇL matçında

AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan 2025/2026-cı illər mövsümü üçün ilk təyinatı alıb.

O, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Dinamo” (Minsk, Belarus) – “Lüdoqorets” (Bolqarıstan) görüşünün UEFA nümayəndəsi olacaq.

Bu, AFFA rəsmisinin karyerasında kişilər arasında qitənin ən nüfuzlu klub turnirinə ilk təyinatıdır. Z. Ağayeva daha əvvəl qadınların Çempionlar Liqasında 2 matça təyinat alıb.

Qeyd edək ki, “Dinamo” ilə “Lüdoqorets” arasında iyulun 16-da təşkil olunacaq cavab qarşılaşması Mezököveşt (Macarıstan) şəhərində baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 04.07.2025

Növbəti yazı

Abraham rəsmən “Beşiktaş”da