AFFA oyunun nəticəsini ləğv etdi

AFFA oyunun nəticəsini ləğv etdi

Azərbaycan çempionatının II Liqasında daha bir oyunun nəticəsi ləğv edilib. XVI turun “Göygöl” – “Qusar” qarşılaşması ilə bağlı qərarı AFFA-nın İntizam Komitəsi verib.

Matçın 82-ci dəqiqəsində “Qusar”ın heyətində Emil Valehovun əvəzinə adı protokolda qeyd edilməmiş Elnur Dəmirli oyuna daxil olub. Bu üzdən Qusarın eyniadlı təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub 400 manat cərimə olunub.

Qeyd edək ki, matç 3:3 hesabı ilə başa çatıb.

ETOPAZ

Əvvəlki yazı

Kubokun finalının məkanı açıqlandı

Növbəti yazı

Çempionlar Liqasında 1/4 finalın püşkü atıldı