AFFA nümayəndəsinə UEFA-dan təyinat

AFFA nümayəndəsinə UEFA-dan təyinat

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb. O, qadınlar arasında UEFA Millətlər Liqasının Moldova – Slovakiya oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının I qrupunun IV turu çərçivəsində keçiriləcək görüş aprelin 8-də Kişinyovda yerləşən “Zimbru” stadionunda təşkil olunacaq.

ETOPAZ

Əvvəlki yazı

Vinisiusdan rekord

Növbəti yazı

Alisson ən yaxşı seçildi