AFFA nümayəndəsi Xorvatiya – Uels oyununda

AFFA nümayəndəsi Xorvatiya – Uels oyununda

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb. Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

O, qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Xorvatiya – Uels oyununun UEFA nümayəndəsi olacaq. B Liqasının IV qrupu çərçivəsində Karlovats şəhərində yerləşən “Branko Çavloviç-Çavlek” stadionunda keçiriləcək qarşılaşma iyulun 12-də baş tutacaq.

Qeyd edək ki, Xorvatiya – Uels matçını ispaniyalı baş hakim Marta Huerta De Aza idarə edəcək.

ETOPAZ

Əvvəlki yazı

Rahil Məmmədov klubunu tərk etti

Növbəti yazı

Royal “Milan”ın maraq dairəsində