AFFA nümayəndəsi Gənclər Liqası matçında

AFFA nümayəndəsi Gənclər Liqası matçında

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb. O, UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində keçiriləcək “Jalgiris” (Litva) – TNS (Uels) oyununun UEFA nümayəndəsi olacaq.

Vilnüs şəhərində yerləşən LFF stadionunda təşkil olunacaq görüş sentyabrın 18-də baş tutacaq.

Qeyd edək ki, “Jalgiris” – TNS matçını qazaxıstanlı baş hakim Rustam Omarov idarə edəcək.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya”da ayrılıq

Növbəti yazı

Arteta “Arsenal”da qalır