AFFA nümayəndəsi “Fənərbaxça”nın oyununda
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb. Qurum rəsmisi Avropa Liqasının 1/8 final mərhələsinin matçında iş başında olacaq.
Məmmədov “Fənərbaxça” (Türkiyə) – “Reyncers” (Şotlandiya) oyununa təyinat alıb. O, görüşün Matç direktoru (UEFA Venue Director) olacaq.
Qeyd edək ki, qarşılaşma martın 6-da İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.