AFFA nümayəndəsi avrokubokların 1/4 finalında

AFFA nümayəndəsi avrokubokların 1/4 finalında

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb. O, UEFA Konfrans Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Rapid” (Avstriya) – “Djurgarden” (İsveç) oyununun UEFA nümayəndəsi olacaq.

İlk dəfə Azərbaycandan olan nümayəndə avrokuboklarda bu mərhələyə təyinat alıb.

Aprelin 17-də Vyanada təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

“Barselona” “21”ə çatdı

Növbəti yazı

Ayın klubu bəlli oldu