AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Tədbir qurumun inzibati binasında baş tutacaq.
Aprelin 13-dəki yığıncaq saat 10:00-da başlayacaq. İclasın gündəliyində duran əsas məsələ Azərbaycan milli komandasının baş məşqçi Canni De Byazinin hesabatıdır.
İtaliyalı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən ilk iki görüş barədə komitəyə hesabat verəcək. Toplantıda digər məsələlər də müzakirə olunacaq.