AFFA “Neftçi” və “Zirə”ni cərimələdi
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Azərbaycan 1/4 final mərhələsinin cavab oyunlarında baş verənlər müzakirə olunub.
“Zirə” – “Araz-Naxçıvan” oyununda 5 sarı vərəqə alan meydan sahibləri 700 manat cərimə edilib. Qəsəbə klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Zirə” 500 manat cərimə ödəyəcək.
“Neftçi” – “Kəpəz” matçında ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan Bassalu Sambu 2 oyun cəzalanıb. Bakı klubu 1500 manat cərimələnib.