AFFA klubları cəzalandırdı

AFFA klubları cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Tədbirdə Azərbaycan Premyer Liqasının IX turunda baş verənlər müzakirə olunub.

“Səbail” – “Şamaxı” oyununda 4 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat cərimə edilib. Qırmızı vərəqə alan Brahim Konate də “Şamaxı”nı 500 manat ziyana salıb. Futbolçunun özü isə 1 oyun cəzalanıb.

“Turan Tovuz” – “Zirə” matçı bitdikdən sonra qərblilərin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 800 manat cərimə edilib. “Sumqayıt” – “Qarabağ” oyununda da “Gənclik şəhəri” təmsilçisinin azarkeşləri tərəfindən meydançaya kənar əşya atılıb. Bu üzdən klub 800 manat ödəyəcək.

ETOPAZ

Əvvəlki yazı

Haalanddan yeni rekord

Növbəti yazı

Günün kuponu – 12.10.2024