AFFA klubları cəzalandırdı
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Tədbirdə aşağıdakı qərarlar qəbul edilib:
09.12.2023-cü il tarixində Azərbaycan Premyer Liqasında XVI turun “Qəbələ” – “Kəpəz” oyununun 49-cu dəqiqəsində “Qəbələ” klubunun 7 nömrəli futbolçusu Emil Səfərov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Qəbələ” klubu 500 manat cərimə edilir (maddə 36.5);
10.12.2023-cü il tarixində Azərbaycan Premyer Liqasında XVI turun “Sabah” – “Səbail” oyununda hesab tablosu işləmədiyinə görə “Sabah” klubuna xəbərdarlıq edilir (maddə 11);
10.12.2023-cü il tarixində Azərbaycan Premyer Liqasında XVI turun “Sabah” – “Səbail” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 1000 manat cərimə edilir (maddə 72.4);
10.12.2023-cü il tarixində Azərbaycan Premyer Liqasında XVI turun “Neftçi” – “Turan Tovuz” oyununda hesab tablosu işləmədiyinə görə “Neftçi” klubuna xəbərdarlıq edilir (maddə 11);
10.12.2023-cü il tarixində Azərbaycan Premyer Liqasında XVI turun “Neftçi” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2).