AFFA klubları cəzalandırdı

AFFA klubları cəzalandırdı

AFFA İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Azərbaycan kubokunun finalında – “Qarabağ” – “Sabah” matçında yaşananlara hüquqi qiymət verilib.

Ağdam təmsilçisində 4 nəfər sarı vərəqə aldığı üçün 700 manat cərimə olunub. Azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə də “Qarabağ” əlavə olaraq 1500 manat ziyana düşüb.

“Sabah”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimə ödəyəcək. Bakı təmsilçisi də azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 1500 manat cərimələnib.

ETOPAZ

Əvvəlki yazı

Qyökereş “Atletiko” yolunda

Növbəti yazı

“Qarabağ”ın məşqçisi cəzalandırıldı