AFFA klubları cərimələdi

AFFA klubları cərimələdi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Azərbaycan Premyer Liqasının XXIII turunda baş verənlər müzakirə olunub.

Komitə müzakirələrdən sonra müvafiq qərarlar verib. Qurum üç klubu cəzalandırıb.

“Araz-Naxçıvan” futbolçusu İqor Ribeyro “Turan Tovuz”la səfər oyununun 47-ci dəqiqəsində rəqibi aşkar qol imkanından məhrum edib. Buna görə birbaşa qırmızı vərəqə alan legioner 1 oyun cəzalanıb. “Araz-Naxçıvan” futbolçusuna görə 1000 manat cəriməyə məruz qalıb.

“Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə Bakı klubu 800 manat cərimə edilib.

“Ağ-qaralar”ın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Neftçi” 1000 manat cərimə ödəyəcək.

“Qarabağ” 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib.

Matçın 22-ci dəqiqəsində ciddi qayda pozuntusuna birbaşa qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Kevin Medina 2 oyun cəzalanıb, klubunu 1500 manat ziyana salıb.

“Qarabağ” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə klub 1000 manat cərimə edilib.

ETOPAZ

Əvvəlki yazı

“Zirə”də ayrılıq

Növbəti yazı

“Şamaxı”dan Rusiya klubuna