AFFA-dan klubları cəzalandırdı

AFFA-dan klubları cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Tədbirdə Azərbaycan Premyer Liqasının XVI turunun oyunlarında yaşanan xoşagəlməz hadisələr müzakirə olunub.

Komitə müvafiq qərarlar verərək klubları cəzalandırıb.

“Sabah” – “Qarabağ” oyununda qonaqların azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə Ağdam klubu 500 manat cərimə edilib. Fanatların pirotexniki vasitədən istifadə etməsi “Qarabağ”ı daha 1500 manat ziyana salıb.

“Səbail” – “Araz-Naxçıvan” matçında 4 futbolçusu sarı vərəqə alan Bakı klubu 700 manat cərimə edilib.

“Kəpəz” – “Zirə” görüşünün matçöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə Gəncə təmsilçisi 800 manat cərimələnib.

“Sumqayıt” – “Neftçi” matçında 4 nəfər sarı vərəqə alan meydan sahibləri 700 manat xərcə düşüb. Sumqayıtın eyniadlı komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə klub 500 manat ödəyəcək.

ETOPAZ

Əvvəlki yazı

Ən yaxşı adına namizədlər bəlli oldu

Növbəti yazı

Virtzə daha bir müştəri