AFFA-dan klublara möhlət

AFFA-dan klublara möhlət

AFFA I Liqadan Azərbaycan Premyer Liqasına yüksələcək komandalarla bağlı yeni qərar qəbul edib. Belə addım qurumun İcraiyyə Komitəsinin bugünkü iclasında atılıb.

2025/26 mövsümündə Premyer Liqada komanda sayının artırılması ilə əlaqədar elitaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilib. Bu xüsusi qayda yalnız bu il Premyer Liqaya yüksələcək komandalara şamil ediləcək.

Qeyd edək ki, Premyer Liqaya üç komanda vəsiqə qazanacaq. Hazırda I Liqada ilk üç pillədə “Qəbələ”, “Karvan” və “İmişli” qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Ayxan Abbasov millinin baş məşqçisi təyin olundu

Növbəti yazı

Azərbaycanın 3 yığmasının baş məşqçiləri bəlli oldu