AFFA-dan klublara cəza
AFFA İntizam Komitəsinin iclası keçirilib. Toplantıda Azərbaycan Premyer Liqasının 3-cü turunda baş verən qayda pozuntularına hüquqi qiymət verilib.
“Neftçi” – “Turan Tovuz” oyununun 55-ci dəqiqəsində ev sahiblərinin futbolçusu İqor Ribeyro təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. Bakı klubu isə 3000 manat ziyana düşüb.
“Neftçi” qarşılaşmada azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə də əlavə 2000 manat cərimələnib.
“Sabah” – “İmişli” matçı qonaqların meydana gec çıxması səbəbindən gec başladığına görə bölgə təmsilçisi 3000 manat cərimə edilib.












