AFFA-dan klublara cəza

AFFA-dan klublara cəza

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunlarında baş verənlər müzakirə olunub.

“Sabah” – “Neftçi” matçı bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə ev sahibləri 800 manat cərimə edilib. “Sabah”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 800 manat ziyana düşüb. Görüş bitdikdən sonra meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sabah” 1500 manat da ödəyəcək.

“Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 800 manat cərimələnib.

ETOPAZ

Əvvəlki yazı

La Liqanı tərk edən iki klub bəlli oldu

Növbəti yazı

”Qarabağ” – “Araz-Naxçıvan” matçının başlama saatı bəlli oldu