AFFA-dan Canni de Byazi ilə bağlı qərar
Azərbaycan millisinin baş məşqçisinin taleyinə aydınlıq gəlib. Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Yığmanın italiyalı çalışdırıcısı Canni de Byazi postunda saxlanılıb. Bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib. Qurumun bugünkü iclasında Canni de Byazinin hesabatı dinlənilib və italiyalı mütəxəssisin postunda qalması məqsədəuyğun sayılıb.
65 yaşlı mütəxəssislə sözləşmə müddəti 2022-ci ilin oktyabrına qədər uzadılıb.
Həmçinin baş məşqçiyə növbəti bir ay ərzində 10 aylıq hazırlıq planını AFFA-ya təqdim etməsi tapşırılıb.