AFFA 4 futbolçunu ömürlük cəzalandırdı

AFFA 4 futbolçunu ömürlük cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda danışılmış oyunlarda iştirak edən futbolçularla bağlı qərarlar verilib.

Azərbaycan Premyer Liqasında son klubu “Şamaxı” olan Adil Nağıyev, həmçinin I Liqada mübarizə aparan “Mingəçevir”in 3 futbolçusu Mövlan Kərimov, Muxtar Nəzərli və Xəyal Xudaverdiyev danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

Qeyd edək ki, karyerası ərzində AZAL, “Zirə”, “Sumqayıt”, “Səbail” və “Şamaxı”da oynamış Nağıyev Azərbaycan millisində 2 matç keçirib.

ETOPAZ

Əvvəlki yazı

Çempionlar Liqasında rekord

Növbəti yazı

Kovaç rəsmən “Borussiya”da