Advokatın qərarı
Məşhur niderlandlı məşqçi Dik Advokatın taleyinə aydınlıq gəlib. O, yayda “Den Haq”dan ayrılacaq.
75 yaşlı mütəxəssisin nümayəndələri bu barədə klubu məlumatıandırıb. Çalışdırıcı mövsümün sonunda komandası ilə vidalaşacaq.
Advokat ötən ilin noyabrında Dirk Kuytun istefasından sonra baş məşqçi postuna keçib. Onun rəhbərliyi altında komanda 17-ci pillədən 13-cüyə qədər yüksəlib.