Adrian Mutu: “Bura qələbə qazanmaq üçün gəlmişik”

Adrian Mutu: “Bura qələbə qazanmaq üçün gəlmişik”

Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin matçları keçirilir. “Neftçi” sabah mübarizəyə qoşulacaq.

Komandamız “Jelezniçar”ın qonağı olacaq. Matçdan öncə “ağ-qaralar”ın çalışdırıcısı Adrian Mutunun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Bizi çox vacib oyun gözləyir. Fikrimcə, çox yaxşı komandaya qarşı mübarizə aparacağıq. Rəqibin Minsk “Dinamo”su ilə son oyununa baxmışam, çox əzmkar komandadır. Bəzi futbolçuların fərdi ustalığını da qeyd edərdim. Əminliklə deyə bilərəm ki, bizim üçün çox ağır oyun olacaq. Bununla belə, bura qələbə qazanmaq üçün gəlmişik. Komandaya yeni gəlmişəm. Futbolçular bütün tapşırıqlarımı yerinə yetirməyə səylə çalışırlar. “Fənərbaxça” və “Spartak”la oyunlarda komandamı təhlil etmişəm. Heyətdə kifayət qədər yaxşı futbolçu var, amma yeni oyunçuların da gəlişini gözləyirik ki, komanda komplektləşsin. Komandamda çoxlu təcrübəli futbolçu var, belə atmosferdə oynamağa öyrəşiblər. Buna görə də “Jelezniçar”ın fanat ordusunun bizə çətinlik yarada biləcəyini düşünmürəm. Bosniya futbolu ilə bağlı məlumatlıyam. Mateus Saldanya haqqında danışmaq yersiz olardı, çünki o artıq geridə qalıb, biz isə irəliyə baxmalıyıq. Komandaya yeni hücumçu cəlb olunacaq, bununla bağlı danışıqlar gedir”.

ETOPAZ

Əvvəlki yazı

“Sabah” avrokuboklara qələbə ilə başladı

Növbəti yazı

“Qarabağ”ın oyununda 5 qol