Adrian Mutu 61-ci oldu
Azərbaycan Premyer Liqasının 1-ci turu Adrian Mutunun Azərbaycan çempionatındakı debütü ilə əlamətdar olub. Rumıniyalı mütəxəssis “Neftçi”ni “Kəpəz”lə səfər oyununa çıxarıb. Onun debütü uğursuz alınıb. Gəncəlilər öz meydanında 1:0 hesabı ilə qalib gəlib.
Mutu Azərbaycan çempionatları tarixinə 61-ci legioner baş məşqçi kimi düşüb.
O, Premyer Liqa tarixində 4-cü rumıniyalı olub. Mirça Rednik, Dorinel Muntyanu və Laurentsiu Regekampf da Azərbaycan çempionatında çalışıb.
Mutu “Neftçi”nin tarixində 6-cı əcnəbi mütəxəssisdir. Ona qədər Anatoli Demyanenko, Hans-Yurgen Gede, Vlastimil Petrjela, Roberto Bordin və Laurentsiu Regekampf “ağ-qaralar”a rəhbərlik edib.