“Adanaspor”un baş məşqçisi dünyasını dəyişdi
Türkiyə 1-ci liqa təmsilçisi “Adanaspor”un baş məşqçisi vəfat edib. Sol Bamba dünyasını dəyişib.
O, 39 yaşında həyata gözlərini yumub. Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb. Komandanın “Manisa” ilə matçından öncə çalışdırıcının səhhəti pisləşib. Mütəxəssis Manisa Celal Bayar Universitetinin xəstəxanasına aparılsa da, orada dünyasını dəyişib.
Qeyd edək ki, Bamba baş məşqçi postuna bu ilin yayında təyin olunmuşdu.