Abubakar tibbi müayinədən keçdi
“Neftçi”nin yeni transferi Vensan Abubakar ümumi müayinədən keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kardioloq, travmatoloq, ümumi cərrah, terapevt, nevroloq, oftalmoloq, fizioterapevt və LOR yoxlanışından sonra qan analizləri götürülüb. Həmçinin USM, MRT, EKQ, EXO, stress test edilib. Onun sağlamlığında heç bir problem aşkarlanmayıb.












