“Abşeron”dan inamlı qələbə
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib. A qrupunda “Abşeron” – NTD matçı ilə VI tura yekun vurulub.
Üstün oyun nümayiş etdirən ev sahibləri yekunda 14 xal fərqli qələbə qazanıb. Bu, “Abşeron”un ardıcıl 2-ci qələbəsi, NTD-nin isə ardıcıl 3-cü məğlubiyyəti olub.
Qeyd edək ki, turda “Naxçıvan” “Neftçi”ni 83:72, “Sabah” “Sərhədçi”ni 67:64, “Ordu” “Sumqayıt”ı 115:81 hesabı ilə məğlub edib. Dekabrın 14-də daha 2 görüş keçiriləcək. “Gəncə” “Lənkəran”ı qəbul edəcək. Tura “Quba” – “Şəki” görüşü ilə yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
VI tur
A qrupu
13 dekabr
15:00. “Abşeron” – NTD – 89:75 (19:21, 23:15, 20:9, 27:30)
Abşeron OİK