“Abşeron” yarımfinalda

“Abşeron” yarımfinalda

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yekun vurulub. 3-cü oyunlar çərçivəsində son matç keçirilib.

“Naxçıvan”la “Abşeron” yarımfinala vəsiqə üçün həlledici oyuna çıxıb. Nominal ev sahibləri son dövrəyə 1 xal üstün yollansalar da, qonaqlar vəziyyəti öz xeyirlərinə dəyişə biliblər. “Abşeron” görüşün son dəqiqələrində daha yaxşı oynayaraq, 5 xal fərqi ilə qalib gəlib.

Azərbaycan Basketbol Liqası
Pley-off, 3-cü oyun
24 aprel
19:00. “Naxçıvan” – “Abşeron” – 73:78 (9:18, 25:19, 24:20, 15:21)

Bakı İdman Sarayı
Seriyada hesab – 1:1

Qeyd edək ki, bu cütün qalibi yarımfinalda “Neftçi” ilə qarşılaşacaq. Digər cütdə “Sabah”la “Şəki” üz-üzə gələcək.

ETOPAZ

Əvvəlki yazı

“Sabah” – “Qarabağ” matçının hakimləri bəlli oldu

Növbəti yazı

Ölkə çempionatında yarımfinal cütləri