“Abşeron” – NTD matçı təxirə salındı
Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) keçirilməli olan “Abşeron” – NTD oyunu təxirə salınıb. Pley-in mərhələsinin ilk matçı Abşeron Olimpiya İdman Kompleksinin tavanında yaranmış texniki problem üzündən keçirilməyib.
Qarşılaşma sabah saat 16:00-da start götürəcək.