“Abşeron Lions”dan inamlı qələbə
“Abşeron Lions” basketbol komandası Avropa Kubokun I təsnifat mərhələsinin ilk oyununu keçirib. Basketbolçularımızın rəqibi Kiprin “Anortrosis” klubu olub.
Oyunun ilk hissəsi 26:11 hesabı ilə Erhan Tokerin yetirmələrinin xeyrinə başa çatıb. İkinci hissədə “Abşeron Lions” üstünlüyünü artırıb – 55:31. Üçüncü hissədə Azərbaycan komandasının üstünlüyü 31 xala çatıb – 77:46. Son dördlükdə “Anortosis” hesab arasındakı fərqi azaltmağa nail olub – 89:71.
Komandalar arasındakı ikinci görüş oktyabrın 1-də Limassolda baş tutacaq.












