“Abşeron Lions” “Neftçi”ni məğlub etdi
FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycan təmsilçiləri üz-üzə gəliblər. I qrupunda yer alan “Neftçi” bu gün “Abşeron Lions”la qarşılaşıb.
Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürüb.
Oyun “Abşeron Lions”un 95:86 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu komandaların qrupdakı ilk oyununda “Neftçi” 104:86 hesablı qələbəyə sevinib.












