Abramoviç “Çelsi”ni satdı
Rusiyalı iş adamı Roman Abramoviç “Çelsi”ni rəsmən satıb. Bu barədə Companies House (Böyük Britaniyada Hüquqi Şəxslərin Birləşmiş Dövlət Reyestri) məlumat yayıb.
London klubu ABŞ-dan olan Todda Boulinin konsorsiumuna satılıb. Böyük Britaniya hökuməti ölkədəki hesabı dondurulan Roman Abramoviçin klubun satışından heç bir fayda görməyəcəyinə dair hüquqi təminat aldıqdan sonra sövdələşməni təsdiqləyib. Müqavilənin dəyəri 4,25 milyard funt sterlinq (təqribən 5 milyard avro) təşkil edir.