Abramoviçə La Liqa klubu təklif olundu
Rusiyalı iş adamı Roman Abramoviç “Valensiya”nı ala bilər. İspaniya klubunun hazırkı sahibi, sinqapurlu biznes maqnatı Peter Lim “yarasalar”ı Abramoviçə təklif edib.
Lim bu məqsədlə Londona səfər edib. O, La Liqa təmsilçisini 250 milyon avroya satmaqda maraqlıdır. “Valensiya”nın səhmlərini almağa digər namizəd isə yerli biznes-maqnat və klubun keçmiş vitse-prezidenti Migel Zoriodur.
Abramoviçin adı həmçinin Türkiyə klubu “Göztəpə” ilə birgə hallanır.
Qeyd edək ki, martın 10-da Böyük Britaniya hökuməti Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Premyer Liqa rəhbərliyi isə onu “Çelsi”nin rəhbərliyindən uzaqlaşdırıb. Klubu satmaq qərarına gələn iş adamı rəhbərliyi xeyriyyə fondunun qəyyumlarına təhvil verib.