Abraham İngiltərəyə qayıdır
Temmi Abraham yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər. “Roma”nın hücumçusu İtaliya klubundan ayrılmaq niyyətindədir.
26 yaşlı ingiltərəli Joze Mourinyonun baş məşqçi postunu tərk edəcəyi halda, “canavarlar”ın heyətində qalmayacaq. Portuqaliyalının isə “Real”a gedəcəyi gözlənilir.
Abraham ötən mövsüm 54 matçda 9 qol vurub. O, hazırda zədədən sonra bərpa prosesi keçir.