ABF tərəfindən təşkil olunan məşqçi seminarı başa çatdı
Azərbaycan Basketbol Federasiyası (ABF) tərəfindən təşkil olunan iki günlük seminar başa çatıb. Bunu qurumun mətbuat xidməti açıqlayıb.
İmtahanlarda ümumilikdə 80 məşqçi iştirak edib.
Tədbir məşqçilik kateqoriyalarının verilməsi məqsədilə keçirilib. İmtahan nəticələrinin yoxlanılması prosesi hazırda davam edir.
Uğurlu nəticə göstərən iştirakçılara uyğun məşqçilik kateqoriyası yaxın günlərdə təqdim olunacaq.












