Abdullah Zubir – 300

Abdullah Zubir – 300

Abdullah Zubir “Qarabağ”da 300-cü oyununu keçirib. Fransalı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXVII turuna təsadüf edib.

O, “Kəpəz”lə səfər görüşünün (0:0) 61-ci dəqiqəsində meydana çıxıb. 33 yaşlı legioner Ağdam klubunda keçirdiyi 300 matçda 66 qola imza atıb.

Zubir 2018/19 mövsümündən “Qarabağ”da forma geyinir. Onun debütü 2018-ci il iyulun 11-də Çempionlar Liqasının “Olimpiya” ilə Sloveniyadakı matçında (1:0) gerçəkləşib. Abdullah 7 il ərzində 179 (46 qol) çempionat, 23 (5 qol) kubok və 98 (15 qol) avrokubok qarşılaşmasında iştirak edib.

ETOPAZ

Əvvəlki yazı

“Səbail”in baş məşqçisi bəlli oldu

Növbəti yazı

“Sabah” tarixi rekorda şərik çıxdı