Abbasovun yeni klubu bəlli oldu
Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” heyətinə yeni futbolçu qatıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Naxçıvan təmsilçisi Urfan Abbasovla anlaşıb. 31 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 1 illikdir.
Qeyd edək ki, karyerası ərzində “Qəbələ” və “Səbail” klublarının formasını geyinən Abbasov Azərbaycan milli komandasının da heyətinə cəlb olunub.