A seriyasında yeni rekord

A seriyasında yeni rekord

Zlatan İbrahimoviç İtaliya A seriyasında dubla imza atıb. “Milan”ın isveçli hücumçusu “Fiorentina” ilə qarşılaşmada iki qol vurub.

XIII turda fərqlənən forvard 40 yaş 48 günlüyündə dubl müəllifi olub. O, İtaliya çempionatları tarixinə bir oyuna 2 və ya daha çox qol vuran ən yaşlı futbolçu kimi düşüb.

Zlatan Avropanın “Böyük beşlik” liqalarında ən azı dubl edən XXI əsrdəki ən yaşlı oyunçu olub.

Qeyd edək ki, A seriyasında yalnız iki futbolçu daha yaşlı ikən qol sevinci yaşayıb. Alessandro Kostakurta 41 yaş 25 günlüyündə, Silvio Piola 40 yaş 131 günlüyündə fərqlənib.

e-Topaz

Əvvəlki yazı

“Hyuston”dan uğursuz seriya

Növbəti yazı

7,5 milyonluq kompensasiya