A Seriyasında yeni qərarlar
İtaliya A Seriyasında VAR-ın qərarları oyunlar zamanı azarkeşlər açıqlanacaq. Yeni qayda 30-cu turdan etibarən tətbiq olunacaq.
A Seriyanın direktoru Luici Di Siervo verdiyi açıqlamada şəffaflığın artırılması məqsədilə oyunlar zamanı stadionlardakı monitorlarda VAR-ın verdiyi qərarlar nümayiş etdiriləcəyini bildirib.
Qeyd edək ki, yeni qaydadan İtaliya kubokunun yarımfinal və final matçlarında istifadə ediləcək.