A seriyasında tamaşaçılarla bağlı məhdudiyyət götürüləcək

A seriyasında tamaşaçılarla bağlı məhdudiyyət götürüləcək

İtaliya A seriyasında tamaşaçı sayına qoyulan limit artırılacaq. Bu barədə qərar yaxın günlərdə veriləcək.

Hazırda A seriyasının oyunlarında stadionlar tutumunun 50 faizi qədər azarkeş qəbul edir. Futbol federasiyasının texniki komitəsi bu rəqəmin artırılması üçün hökumətlə danışıqları yekunlaşdırmaq üzrədir.

Tamaşaçı tutumunun 75 faizinin stadionlara buraxılması nəzərdə tutulub. Lakin bu qərar müvəqqəti xarakter daşıyacaq.

Çünki oktyabrın sonunda məhdudiyyətin tamamilə götürülməsi gözlənilir. Həmin vaxt stadionlar tam dolmaq imkanı qazanacaq.

ETOPAZ

Əvvəlki yazı

Messi “Monpelye” ilə oyunu da buraxacaq

Növbəti yazı

Mbappedən yeni rekord: İbrahimoviçi keçdi